“Avropa missiyasının sülhməramlılarla işləməsi mümkün deyil”

Paylaşın

” Ermənistan son zamanlar daha da aktivləşib. Əsas da fakt araşdırıcı missiyanın Qarabağa gətirilməsi və yerləşdirilməsi ilə bağlıdır. Rusiya narahat olmağa başlayıb. Çünki bu misssiya Qarabağa gələrsə, bu Ermənistanın intiharı deməkdir. Avropanın fakt araşdırıcı missiyasının Qarabağda sülhməramlılarla birgə işləməsi mümkün deyil. Onlar iki üz- üzə duran qütbün nümayəndələridirlər. Onlar Qarabağda birgə hansı funksiyanı yerinə yetirə bilərlər və ya hansı faktı araşdıracaqlar?!  Söhbət Laçın yolunun bağlanmasıdırsa, burada araşdırılacaq bir fakt yoxdur. Təbii ki, burada məsələ Rusiyanı  ” sındırmaqdır” . Yəni Avropa bildirir ki, Ermənistana gəldik, növbəti gəliş yeri Qarabağdır. Rusiya buna imkan verməyəcək. Qarabağda vəziyyətin gərginləşməsi, atəşkəsin pozulması elə Kremlin sifarişi ilə baş verir”.

News365.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Telman Qasımov bildirir.  Ermənistanın Avropa missiyasını Qarabağa gətirmək istəməsi Rusiyanı narahat edir.

Qeyd edək ki, Putin Paşinyan arasında  telefon danışığı olub . Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin təmin edilməsi ilə bağlı addımları və sülh müqaviləsinin hazırlanmasını müzakirə edilib.