” Azərbaycan heç bir halda ərazisinə silah- sursat daşınmasına göz yuma bilməz. Azərbaycanın Qarabağda təmizləmə, çəkindirmə, antiterror və s. əməliyyatlarını təşkil etməyə hüququ əsası var. Belə addımların yaxın gələcəkdə atılacağını heç kəs istisna edə bilməz”.
News365.az xəbər verir ki, bu sözləri hərbi ekspert Ədalət Verdiyev bildirir. Ekspert qeyd edir ki, Azərbaycan tərəfinin antiterror əməliyyatları həyata keçirməyə tam olaraq haqqı çatır.
Siyasi şərhçi Sultan Zahidov da qeyd edir ki, Ermənistan sülh prosesini təxribatları ilə pozmağa çalışır:
” Sülh müqaviləsinin gündəmdə olduğu ərəfədə antiterror əməliyyatını zəruri edən amil Ermənistanın sülh müqaviləsi və prosesinə konstruktiv yanaşmamasıdır. Ermənistan cəfəng addımları ilə prosesi uzatmağa çalışır “.