Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün Teleqram kanalında Haaqada ətraf mühit fəallarına qarşı su şırnaqlarından istifadə edilməsinə münasibət bildirib.
O, Qərbdə məsələlərə münasibətin birmənalı olmadığını deyib.
“Lazım olanda… lazımdır. Ehtiyac olmadıqda, bu, su şırnağıdır”, – Zaxarova bildirib.
Qeyd edək ki, bir gün əvvəl Haaqanın rayonlarından birində “minlərlə ekoloq” şəhərin əsas magistral yolunu – A12 magistralını bağlayıb, mədən işlərinə dövlət subsidiyalarının ayrılmasına qarşı çıxıblar. Polis kütləni dağıtmaq üçün su şırnaqlarından istifadə edib.