“Barselona”nın çalışdırıcısı Xavi “Mançester Yunayted”in keçmiş baş məşqçisi Aleks Fergüsson kimi olmaq istəyir.
“Marca” xəbər verir ki, o deyib:
“Fergüsson kimi olmaq çətindir. Amma ümid edirəm ki, “Barselona”da onun kimi olacağam. Mən klub prezidentinə minnətdaram. O, mənə deyir ki, görülən işlərdən razıdır. Prezident bizə güvənir. İnanıram ki, o, uzun illər kluba rəhbərlik edəcək. Biz nəticələrdən asılıyıq. Müqavilənin uzadılması barədə danışmağın vaxtı deyil, mənim daha bir ilim var”.
Xatırladaq ki, Aleks Fergüsson 1986-2013-cü illərdə “Mançester Yunayted”in baş məşqçisi olub.