Şəmkirdə iki qonşu dalaşdı – 5 nəfər xəstəxanalıq oldu

Paylaşın

Şəmkirdə 2 qonşu arasında düşən  kütləvi dava zamanı çox sayda xəsarət alanlar var.

Rayonun Təzəkənd kəndində qonşular arasında düşən mübahisə zamanı 1979-cü il təvəllüdlü Anar Bədiyev, 1970-ci il təvəllüdlü Asif Sədirov, 1960-cı il təvəllüdlü Akif Sədirov, 1997-ci il təvəllüdlü Babək Şahbazov və 1996-cı il təvəllüdlü Cavanşir Şahbazov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Onlara tibbi yardım göstərilib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun bildirdiyinə görə, hadisə ilə bağlı Şəmkir Rayon Polis Şöbəsinə məlumat daxil olub və dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalara başlanılıb.