İran Türkiyədəki vəziyyəti “fürsət” bilir

Paylaşın

” Azərbaycan qardaşlıq prinsipləri çərçivəsində Türkiyə ilə, strateji müttəfiqlik baxımından İsrail və digər dövlətlərlə çox güclü iqtisadi – siyasi- hərbi münasibətlər qurub. Bir dövlət sadəcə təkbaşına deyil, dostları ilə güclü olur. İran ən yalnız dövlətlərdən biridir. Digər məsələ Türkiyədə seçkilərin yaxınlaşması, həm də zəlzələnin baş verməsi Ermənistan kimi İranda da ” fürsət” imkanı yaradır. Düşünürlər ki, bu məqamda Azərbaycana təyziq imkanlarını artıra bilərlər. Onlara kiçik bir örnəyi xatırlatmaq olar ki, Azərbaycan uniforması ilə xidmət göstərən bir türk generalı var. Azərbaycan dövləti gərginliklərin öhdəsindən gələcək gücdədir”.

News365.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Orxan Vəliyev İranın hərbi təyyarəsinin Azərbaycan sərhəddini pozması barədə danışarkən deyib.  Ekspertin fikrincə, İran Türkiyədə seçkilərin yaxınlaşması və zəlzələnin baş verməsinə görə cəsarətlənib.