“İran həmişə istəyər ki, Azərbaycan zəif bir dövlət olsun”

Paylaşın

” Azərbaycan bu gün dünyaya ən güclü inteqrasiya edən dövlətlərdən biridir. Azərbaycan istər ” İslam Əməkdaşlıq Təşkilatı” nda, istər ” Qoşulmama Hərəkatı ” nda istərsə də, ” Birləşmiş Millətlər Təşkilatı” nda və digər təşkilatlarda fəal iştirak edir. Bu iştirak Azərbaycanın güclü olmasını istəməyən İran dövlətini qane etmir. İran həmişə istəyər ki, Azərbaycan sözəbaxan, zəif bir dövlət olsun. İran fikirləşir ki, Türkiyədə prezident seçkiləri yaxınlaşır, zəlzələ baş verib və Türkiyə Azərbaycandan kənarda duracaq. Lakin onlar yanılırlar. ” Şuşa Bəyannaməsi” nin bəndələrinə əsasən, lazım olduqda Türkiyə həmişə Azərbaycanın yanında olacaq”.

News365.az xəbər verir ki, bu sözləri  siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirir ki, Azərbaycanın güclənməsi İranı narahat edir.