“İran Azərbaycanın müttəfiqlərini test etdi”

Paylaşın

” İranın təxribatı birmənalı olaraq ölkəmizə təyziq, təsir və hədə xarakteri daşıyır. Eyni zamanda Azərbaycan – Türkiyə, Azərbaycan- İsrail arasında dərinləşən strateji tərəfdaşlıq münasibətlərinə reaksiyadır. İranda müəyyən dairələr test edirlər ki, bu dövlətlərdən hansı İranın təxribatına reaksiya verəcək. Testə ehtiyac yoxdur. Azərbaycanla Türkiyə ən yaxın hərbi – siyasi müttəfiqdirlər. Bu müttəfiqlik ” Şuşa Bəyannaməsi” və 2010-cu ildə imzalanmış “Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında” müqavilə ilə təsbit olunub. Azərbaycana qarşı yönəlmiş hər hansı təhdid və ya təyziq rəsmi olaraq Türkiyəyə qarşı da yönəlmiş hesab olunur”.

News365.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Mətin Məmmədli İranın təxribatı ilə bağlı danışarkən deyib. Ekspert hesab edir ki, İran Azərbaycanın yanında olan dövlətləri test etmək istədi.

Qeyd edək ki, Türkiyə Hava Qüvvələrinin istefada olan general-polkovniki (korgeneral) Ərdoğan Karakuş bildirib ki, əgər ehtiyac yaransa, Türkiyə Silahlı Qüvvələri Azərbaycana dəvət ediləcək. Məsələn, Türkiyədən bir F-16 eskadronunun Azərbaycana göndərilməsi və onların mümkün təcavüzlərə lazımi cavabı verməsi mümkündür.

Eyni zamanda İsrail səfiri də Azərbaycana yönələ biləcək təhlükənin qarşısını almaq üçün onu gücləndirmək istiqamətində hər şeyi edəcəklərini vurğulayıb.