Ermənilərin yeni strategiyasının ən zəif nöqtəsi xarici amillə bağlıdır. Onlar istəyir ki, Azərbaycanla qarşıdurmada həm Rusiyanın, həm də NATO ölkələrinin, ABŞ və Avropa İttifaqının dəstəyini alsınlar. Rus qoşunları artıq Ermənistan ərazisində yerləşmişdilər. Həm Türkiyə, həm də İranla sərhəddə Rusiya sərhədçiləri də var idi. İndi Rusiya sərhədçilərinin dayaq nöqtələri Azərbaycanla sərhəddə yerləşdirilib. Son ermənilər Avropa İttifaqına da müraciət edərək, Avropa Missiyasını da bölgəyə dəvət ediblər. Avropa Missiyası da rus sərhədçiləri ilə yan- yana postlar qururlar. Daha sonra Ermənistan İrana müraciət edib. İranda bu yaxınlarda Qafanda öz diplomatik missiyasını açıb. İrandan sonra Ermənistana ABŞ- ın sərhəd qoşunlarının nümayəndə heyəti gəlib ermənilərlə müzakirələr aparıblar. Ermənistan ABŞ-la Azərbaycan sərhəddində onlara dəstək vermələrini müzakirə edib.
ABŞ və Qərb ölkələri Ukrayna – Rusiya müharibəsində faktiki olaraq, Ukrayna tərəfindən iştirak edirlər. Onların məqsədi Rusiyanı məğlub etməkdir. Hətta ola bilər ki, onlar Rusiyanı parçalamaq və dövlət kimi məhv etmək istəyirlər. İranın nüvə planında irəli getməsinə görə də İrana qarşı əməliyyat keçirilə bilər. Vəziyyət belədir. Ermənistan bir- birləri ilə ölüm – dirim mübarizəsi aparan qüvvələri Azərbaycana qarşı öz ərazisinə dəvət edir. Bu qüvvələr nəinki Azərbaycandan Qarabağı qopartmaq, Ermənistanı Suriyaya çevirə bilərlər.
Politoloq Eldar Namazov