Eldəniz Əmirov: Hər şey an məsələsidir

Paylaşın
Tələbəlik illərində biri vardı, hamını bezdirmişdi. Yaşca və boyca hamıdan böyük, xaraktercə isə yırtıcı idi. Hamı ilə də vurar-yıxar kimi hədə-qorxu ilə danışırdı. Kimsə konkret onu susdurmur, kimi qorxur, kimi də ehtiyat edirdi.
Bir gün məndən bir yaş kiçik qardaşıma ilişdi. O da səbirsiz adam. İkinci cümləsinə imkan vermədən alnının ortasından birini ilişdirdi. Adam səkinin ortasında uzandı. Güc bəla ilə zorla özünə gətirib, ayağa qaldırmışdılar. O gündən sonra adam 180 dərəcə dəyişdi. Kimsəylə işi olmadı, quzu balasına döndü.
İndi İrana da biri ilişdirilməsə ağıllanan deyil. Təyyarəsini sərhəddə uçururmuş… Aviasiyası bərbad ziyyətdə olan, öz təyyarəsini bilmədən vuran bir ölkə belə edirsə, bu güc nümayişi deyil, siyasi tərbiyəsizlikdir.
Düşünmürəm ki, İran Azərbaycanla birbaşa hərbi münaqişəyə girsin. Molla rejiminin məntiqsiz olsa da, ağılsızlıq deyil. Bu onların sonu ola bilər. Onsuz da uranı 84% zənginləşdirdikləri üçün 17 nüvə obyekti İsrailin və ABŞ-ın konkret hədəfindədir. Hər şey an məsələsidir.
Eldəniz Əmirov, iqtisadçı ekspert.