Alim ölüb. Dövlətin ən böyük itkisidir ölən alimlər.
Qeyd edək ki, Martın 11-də gecə saatlarında Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, Mühəndis fizikası və elektronika kafedrasının müdiri, professor, el ağsaqqalı Eldar Mehralı oğlu Qocayev vəfat edib.
Professor Qocayev Eldar Mehralı oğlunun
rəhbərliyi ilə fizika üzrə 31 fəlsəfə doktoru, 2 fizika-riyaziyyat elmləri doktoru, 1 texnika elmləri doktoru və 1 pedaqoji elmlər doktoru dissertasiyaları müdafiə olunub. O, vəfatından öncə 2 elmlər doktorunun, 5 fəlsəfə doktorunun və 1 dissertantın elmi rəhbəri idi.
Fizika sahəsində 530-dan artıq elmi əsərin, 11 dərsliyin və dərs vəsaitinin, 8 patentin və ali texniki məktəblər üçün “Ümumi fizika kursu” fənn proqramının müəllifidir. 300-dən çox elmi məqaləsi xarici ölkələrin nüfuzlu jurnallarında çap olunmuşdur.
O, 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Əməkdar Elm Xadimi fəxri adına layiq görülmüşdür.
İndi belə alimlər yetişmir.”. Özü də nə qədər alim yetişdirib, qara paltar geyinən molla, moizəxan deyil, elm xadimləri yetişdirib.
Görəsən Məscidlərə, mollaxanalara axışan kütlənin və gənclərin Eldar Qocayev boyda bir alimin aləmdən ötdüyündən xəbəri oldumu?
Cənnət qapılarını belə kişilərə açır.
Məqamın mübarək, böyük alim! Cənnətin mübarək böyük insan!
Aida Eyvazlı