“Bunun ən böyük günahkarı iri biznesmenlərdir”

Paylaşın

“Su sərfiyyatının artmasının əsas səbəbi daha əvvəl suvarılmayan, isti iqlim şəraiti olan qış otlaqlarının intensiv suvarılmaya cəlb olunmasıdır”

Bunu news365.az-a açıqlamasında Ekoaktivist Cavid Qara bildirib.

“Qazaxdan Şəmkirə qədər böyük təsərrufat sahəsi var. Bu zonada kənd təsərrufatı intensiv şəkildə inkişaf edib. İstixanalar, bağlar salınıb. Bununla yanaşı Ceyrançöldə böyük ölçüdə aqroparklar salınıb. Təxminən 10 min hektara yaxın ərazini suvarmaya cəlb ediblər. 4 ildə 50 faiz azalma olub. Bunun ən azı 40 faizi sərfiyyatın artması ilə əlaqədardır. Bunun ən böyük günahkarı iri biznesmenlərdir.”

 

K.H

News365.az