“Azərbaycana qarşı 30 ildir davam etdirdiyi düşmənçilik siyasətindən əl çəkmir “

Paylaşın

” İran bu təxribatı ilə Azərbaycanın sərhəd toxunulmazlığına riayət etmədiyini göstərir. Beynəlxalq hüquqda bu təhdid və düşmənçilik sayılır. Azərbaycanın İran səfirinə etiraz notası təqdim etməsi çox düzgün hərəkətdir. Azərbaycan İranın təxribatyönlü hərəkətinə cavab verməlidir. İran bu təxribatlara davam edəcək. İran həm güney, həm quzey azərbaycanlılara mesaj verir ki, Azərbaycana qarşı 30 ildir davam etdirdiyi düşmənçilik siyasətindən əl çəkmir “.
News 365.az xəbər verir ki, bu sözləri Güney Azərbaycan Mərkəzi Partiyasının üzvü Elyar Kamrani səsləndirib. Kamraninin fikrincə, İran bu hərəkətləri ilə Azərbaycana düşmənçilik niyyətini nümayiş etdirir.

Xatırladaq ki, 11 mart 2023-cü il tarixində İran İslam Respublikasına məxsus hərbi təyyarə saat 09:44-dən 10:26-dək fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirib.

Martın 11-də İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və ona müvafiq etiraz notası təqdim olunub.