” Laçın yolu məsələsinin böyüdülməsinin və beynəlxalq səviyyədə müzakirəyə çıxarılmasının iki səbəbi var: Ermənistan bu məsələni qabardaraq Azərbaycana qarşı beynəlxalq təyziq yaratmağa , digər tərəfdən də sülh müqaviləsinin imzalanmasını yubatmağa çalışır”.
News365.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Oqtay Qasımov bildirir. Siyasi şərhçi qeyd edir ki, Azərbaycan- Ermənistan arasında sülh prosesinin ləngiməsində Rusiya da maraqlıdır. Burada münaqişə ocağı aktiv saxlanıldıqca Rusiya bölgəyə təsir etmək imkanlarını da əlində saxlamış olur:
“Ermənistana ən böyük dəstəyi də öz hərbi bazasını sülhməramlı adı ilə bölgədə yerləşdirən Rusiyadır. Rusiya maraqlıdır ki, münaqişə davam etsin, Rusiya tərəfindən idarə olunsun. Bu gərginliklər fonunda Rusiyanın vasitəçiliyinə ehtiyac qalacaq. Bunun müqabilində də Rusiya bölgədə yerləşdirdiyi sülhməramlı kontingentə beynəlxalq mandat almağa və onların bölgədə qalma müddətini uzatmağa çalışır”.