” Rusiyanın regiondakı siyasəti qeyri – konstruktiv adlandırıla bilər. Cənubi Qafqazda, həm Mərkəzi Asiyada, həm də Ukraynaya baxdıqda görürük ki, Rusiya regiona sülh gətirmədi. Rusiyanın ən yaxın müttəfiqinin İran olduğunu nəzərə alsaq, bu iki ölkənin əməkdaşlığından regionun zərər görməsi ehtimalı daha da artmış olur. İran Qərbin gözündə təhdid idi. Rusiya ilə əməkdaşlığa etməsi İranı daha təhlükəli edir. Qərb bu barədə tədbirlər görə bilər. Bu əməkdaşlığın təkcə Azərbaycan üçün yox, Cənubi Qafqaz üçün qeyri – konstruktiv nəticələri ola bilər”.
News365.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Sultan Zahidov Rusiya-İran əməkdaşlığı barədə danışarkən deyib. Ekspert bildirir ki, Azərbaycan hər iki dövlət üçün əhəmiyyətlidir:
“Azərbaycan hər iki dövlət üçün lazımdır. Azərbaycanın strateji əhəmiyyətini hər iki dövlət nəzərə almalıdır. Sergey Lavrov da çıxışında şimal – cənub nəqliyyat – kommunikasiya xəttinin əhəmiyyətindən danışmışdı. Rusiya ilə İran arasında ən qısa quru yolu elə Azərbaycandan keçir “.