Kəndləri birləşdirə bilməyən körpü

Paylaşın

Qubanın Kardaş və Çağacıq kəndlərini illərdir birləşdirən körpü yararsız vəziyyətdədir.Piyada keçidi çürüyüb,onu ayaqda saxlayan taxta dirəklər də sel sulalrına tab gətirmir.Körpü təhlükə saçır.

Bunu news365.az-a açıqlamasında kənd sakini Novruz Kərimov bildirib.
Digər bir kənd sakini Hikmət Səfərəliyev isə bildirir ki, sakinlər ​ bu körpüdən keçmək məcburiyyətindədirlər.Oxumaq üçün qonşu kəndə üz tutan şagirdlərin işi isə daha çətin olur.
Yüzdən çox sakinin yaşadığı məntəqinin vətəndaşları deyir ki,dəfələrlə taxta körpü bəxbəxt hadisələrə səbəb olub.

K.H
News365.az