Ermənistan ixracat üçün yollar AXTARIR: Hindistana Qara dənizdə ticarət dəhlizi verməyi təklif etdi

Paylaşın

Ermənistan Rusiya və Avropaya ixracatı sürətləndirmək üçün Hindistana Qara dəniz üzərindən ticarət dəhlizi verməyi təklif edib.
Bu barədə “The Economic Times” nəşri məlumat yayıb.

Nəşr yazır ki, bu təklif Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Hindistana səfəri zamanı irəli sürülüb.

Nəşrin məlumatına görə, yeni ticarət marşrutu Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə paralel keçəcək.

Belə ki, yeni marşrut Azərbaycandan yan keçməklə Mumbayı İran və Ermənistan vasitəsilə Avropa ilə birləşdirəcək.