Elektron məhkəmə sisteminin hansı üstünlükləri var?

Paylaşın

” Süni intellektin məhkəmə sisteminə tətbiqi vətəndaşların konstitusion və digər hüquqlarının müdafiəsi sahəsində səmərəliliyi təmin edəcəkdir. Belə ki vətəndaşlar öz müraciətlərini yaradılmış elektron sistemlə məhkəmələrə göndərəcək. Bu halda vətəndaşlar vaxt itkisinə və lüzumsuz sənədlərin toplanmasına məruz qalmayacaqlar. Bundan əlavə vətəndaşlar öz hüquqlarının müdafiəsində artıq əminliklə qərəzsiz, ədalətli və şəffaf bir məhkəmə sistemi vasitəsilə hüquqlarını təmin edəcəklər. Elektron sistem olmayan zamanlarda vətəndaşların digər məmurlarla, məhkəmə işçiləri ilə üzbəüz qalması, subyektiv faktorlara məruz qalması halları elektron sistemin tətbiqi ilə aradan qaldırılacaq”.

News365.az xəbər verir ki, bu sözləri hüquqşünas İmran Ələkbərov məhkəmələrdə  tətbiq ediləcək elektron sistemin üstünlüklərindən danışarkən bildirib.