“Rusiya sülhməramlıları ermənilərin qanunsuz əməllərinə himayədarlıq edir”

Paylaşın

Bu yaxınlarda Azərbaycana səfər edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov vurğuladı ki, üçtərəfli sazişdə Azərbaycan tərəfindən Laçın yolunda hər hansısa postların qurulması nəzərdə tutulmayıb. Bu tamamilə yalnış mövqedir və Ermənistanın yalanlarını təkrarlamaqdır. Beynəlxalq hüquq fəlsəfəsi və prinsipləri var. Sən öz ərazinə hər hansısa xarici qüvvələri dəvət edib onlarla saziş imzalayırsansa, onlara verilən səlahiyyətlər sazişdə əks olunur. Orda əks olunmayan səlahiyyətlər dövlətin sərəncamında qalır. Üçtərəfli sazişdə Rusiya sülhməramlılarının sərhəddə durub gəliş – gedişə nəzarət etməsi barədə bir kəlmə də yoxdur. Deməli, bu Azərbaycan dövlətinin səlahiyyətində olan məsələdir.
Üçüncü bir dövləti sərhəddə dəvət edib bu səlahiyyətləri onlara vermək ciddi prosedur tələb edir. Dünyada çox nadir hallarda bu olur. Dövlətlərarası müqavilə imzalanır, həmin müqavilə parlamentdə ratifikasiyadan keçir, ondan sonra qüvvəyə minir. Məsələn, Ermənistan vaxtilə Rusiya ilə belə müqavilə imzalayıb. Sərhədlərinin qorunmasını Rusiyaya həvalə ediblər. Bu haqda müqavilə imzalanıb, parlamentdə ratifikasiyadan keçib. Lakin Azərbaycan Rusiya ilə belə bir müqavilə imzalamayıb.
Rusiya sülhməramlıları ermənilərin qanunsuz əməllərinə himayədarlıq edir. Belə olan halda Azərbaycanın bu yolda tam nəzarətini bərpa etməlidir.

Politoloq Eldar Namazov