Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünya üzrə klubların yeni reytinq cədvəlini açıqlayıb.
Siyahıda 307 klub yer alıb.
Onların arasında Azərbaycan təmsilçisi “Qarabağ” da var. Ağdam klubu ötən ayla müqayisədə 7 pillə irəliləyib və 149 xalla 62-cidir. Eyni xala Argentinanın “Talyeres” (Kordoba) klubu da sahibdir.
Sıralamaya Braziliya “Flamenqo”su (313 xal) liderlik edir. “Real” 2-ci (308 xal), Palmeyras” isə 3-cüdür (263 xal). “Benfika” 4-cü yeri tutur (247 xal). “5-liy”i “Liverpul” tamamlayır (245 xal).