“Prezidentin mesajı informasiya müharibəsinin komponenti kimi çox uğurlu tezisdir”

Paylaşın

” Keçirilmiş forumun auditoriyasında kifayət qədər yüksək mənsəbli şəxslərdir. Forumda verilən mesajların da incə məqamları çoxdur. “Azərbaycan Ermənistan arasında sülh müqaviləsi imzalamaq üçün problem yoxdur, ancaq ortada sülh müqaviləsi də yoxdur ” mesajı o deməkdir ki, deməli burada sülhə problem yaradan digər faktorlar var”.

News365.az xəbər verir ki, bu sözləri siyasi tədqiqatçı Əhməd Əlili Prezident İlham Əliyevin X Qlobal Bakı Forumundakı çıxışını şərh edərkən deyib. Tədqiqatçı bildirir ki, Prezidentin verdiyi mesajlar informasiya müharibəsində uğurlu tezisdir:

“Bu digər faktorlar da ayrı – ayrı ölkələrin geosiyasi maraqlarının toqquşmasıdır. Azərbaycan – Ermənistan məsələsi artıq regionüstü məsələyə çevrilib. Prezidentin beynəlxalq iştirakçıların Ermənistanı sülhə cəlb etmələri barədə çıxışı da mesajdır. Deməli, kənar müdaxilələr Ermənistanı sülhdən yayındırmağa çalışır. Forumun iştirakçıları nüfuzlu şəxslər idi və onlar öz cəmiyyətlərinə bu mesajları çatdıra bilərlər. Düşünürəm ki, Prezidentin mesajı informasiya müharibəsinin komponenti kimi çox uğurlu tezisdir”.

News365.az