“Azərbaycan müxtəlif sivilizasiyaların bir araya gəlməsində mühüm rol oynayır”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Nobel sülh mükafatı laureatı Kailaş Satyartini qəbul edərkən bildirib.
Ölkəmizin başçısı qeyd edib ki, Azərbaycan multikultural dövlətdir, ölkəmizdə tarixən müxtəlif mədəniyyətlərin və dini konfessiyaların nümayəndələri dinc yanaşı yaşayıblar.
Prezident İlham Əliyev ölkəmizin Qərblə Şərq arasında mədəni körpü qurulması işinə töhfə verdiyini vurğulayaraq, Azərbaycanın mütəmadi olaraq mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini bildirib və gələn il BMT ilə birgə Mədəniyyətlərarası Dialoq Forumunun da keçiriləcəyini diqqətə çatdırıb.