Online fırıldaqçılıq

Paylaşın

Fırıldaqçılar məqsədlərinə çatmaq üçün böyük şirkətlərin adlarından istifadə edirlər.

Bunu news365.az-a açıqlamasında Rəqəmsal marketinq üzrə mütəxəssis Fuad Ağayev bildirib.

“Fırıldaqçılar böyük şirkətlərin adlarından istifadə edərək sizin gözünüzü bağlayırlar. Sonra öz saytlarını göndərirlər. Hansı ki, adlarına baxaraq belə onların real vebsayt olmadığını anlamaq mümkündür. Sonra müəyyən tapşırıqlarla sizə pul qazanmağı təklif edirlər. Hər dəfə sizdən müəyyən bir summa alırlar. Sonda pulu geri çəkmək istəyəndə sizin pulunuz bağlanacaq.”
“Böyük şirkətlər heç vaxt sizə mesaj göndərməz ki, gəlin sizə faiz verim” deyə mütəxəssis bildirib.

K.H
News365.az