“Mülki əhalini təlimlərə cəlb edirlər”

Paylaşın

” Ermənistan cəbhədə atəşkəsi pozmaqla bölgədəki Avropa Missiyasının bu pozuntu hallarını sənədləşdirməsinə şərait yaradırlar. Sonra beynəlxalq institutlarda bu sənədləri Azərbaycana qarşı istifadə edəcəklər. Ermənilər Azərbaycana antiterror əməliyyatlarından başqa seçim buraxmırlar. Seperatçı ermənilərin ” dırnaqarası” rəhbərlərinin bəyanatlarında qeyd olunur ki, “onlar sona qədər döyüşəcəklər”, “reinteqrasiyasıdan söhbət gedə bilməz”. Bu o deməkdir ki, antiterror əməliyyatlarının keçirilməsi qapıdadır. Buna görə də ermənilər Qarabağdakı mövqelərini möhkəmləndirirlər. Mülki əhalini təlimlərə cəlb edirlər”.

News365.az xəbər verir ki, bu fikirləri hərbi ekspert Elxan Şıxəliyev deyib.  Hərbi ekspert bildirir ki, Ermənistan tərəfi Azərbaycanın keçirəcəyi antiterror əməliyyatlarına qarşı hazırlıqlar görür.

News365.az