Konfrans Liqası: “Fiorentina” “Sivasspor”u məğlub etdi, “Başakşehir” “Gent”lə bacarmadı – VİDEO

Paylaşın

UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin ilk matçlarına yekun vurulub.

Pley-off mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran “Gent” Belçikada Türkiyə “Başakşehir”i ilə münasibətlərinə aydınlıq gətirib. Matçda qalib müəyyənləşməyib – 1:1. “Başakşehir”dən Stefano Okakaya qarşı tərəfdən Gift Emmanuel Orban cavab verib.

Türkiyənin turnirdəki digər təmsilçisi “Sivasspor” “Fiorentina”nın qonağı olub. Qarşılaşma İtaliya klubunun minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 69-cu dəqiqədə Antonin Barak vurub.

Digər oyunlarda İsveçrənin “Bazel” klubu Slovakiya “Slovan”ı (Bratislava) ilə 2:2 hesablı heç-heçəyə razılaşıb, Polşa “Lex”i isə öz meydanında İsveç təmsilçisi “Yurqorden”ə qalib gəlib – 2:0.

Bu raundun cavab matçları martın 16-da olacaq.

UEFA Konfrans Liqası

1/8 final, ilk oyunlar

9 mart

00:00. “Gent” (Belçika) – “Başakşehir” (Türkiyə) – 1:1

Qollar: G.Orban, 35 – S.Okaka, 16

00:00. “Fiorentina” (İtaliya) – “Sivasspor” (Türkiyə) – 1:0

Qol: A.Barak, 69

00:00. “Lex” (Polşa) – “Yurqorden” (İsveç) – 2:0

Qollar: A.Miliç, 39, F.Marçvinski, 82

00:00. “Bazel” (İsveçrə) – “Slovan” (Slovakiya) – 2:2

Qollar: Z.Amduni, 6, A.Zekiri, 40 – J.Medvedev, 17, M.Abubakari, 70

İngiltərənin “Vest Hem” klubu Kiprdə Larnaka AEK-inin qonağı olub. Matç ingilislərin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hər iki qolu ilk hissədə Maykl Antonio vurub.

“Nitsa” (Fransa) Moldovada “Şerif”in qonağı olub. Fransızlar rəqib meydanında minimal hesabla qələbə qazanıb – 1:0. Yeganə qolu 45+3-cü dəqiqədə Ayub Amraui vurub.

İspaniyanın “Vilyarreal” klubu isə Belçikada “Anderlext”in qonağı olub. Bu görüşdə qalib müəyyənləşməyib. İspanlar 28-ci dəqiqədə Manu Triqerosla hesabı açsalar da, meydan sahiləri ikinci hissədə tarazlığı təmin etməyi bacarıblar.

UEFA Konfrans Liqası
1/8 final, ilk oyunlar
9 mart

21:45. AEK (Larnaka, Kipr) – “Vest Hem” (İngiltərə) – 0:2
Qollar:
 M.Antonio, 36, 45+2

21:45. “Şerif” (Moldova) – “Nitsa” (Fransa) – 0:1
Qol: 
Ayub Amraui, 45+3

21:45. “Anderlext” (Belçika) – “Vilyarreal” (İspaniya) – 1:1
Qollar: 
A.Dreyer, 57 – M.Triqeros, 28

Qeyd edək ki, 1/8 finalın ilk oyunu martın 8-də İtaliyada “Latsio” və Niderlandın “AZ Alkmar” komandaları arasında keçirilib. Qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb – 1:2.