istehlakçı gözləntilərinizə nə təsir edir?

Paylaşın

İnsanların istehlakçı gözləntiləri adaptivdir. Yəni insanlar gündəlik alış-veriş edərkən qiymət artımını müşahidə etdikləri halda, o zaman yaxın gələcək üçün də qiymət artımının davam edəcəyini təxmin edirlər.

Bu barədə news365.az-a açıqlamasında iqdisadçı Fərid Mehranlı bildirib.
” Əgər siz hər gün mağazaya düşüb alış-veriş edirsiniz və görürsünüz ki, qiymətlər artır, o zaman siz düşünəcəksiniz ki, bu qiymət artımı növbəti dövrdə də davam edəcək. Maraqlıdır ki, 1981-ci ildə İsveçdə və 2019-cu ildə ABŞ-da keçirilən müvafiq sorğular nəticəsində məlum olmuşdu, qadınların inflyasiya gözləntiləri daha yüksəkdir. Bunun əsas səbəbi məhz ev üçün alış-verişə əsas cavabdeh olanların qadınların olmasıdır.

Başqa nəzəriyyə Robert Lukas tərəfindən irəli sürülüb. Bu rasional gözləntilər nəzəriyyəsidir (buna görə R. Lukas 1995-ci ildə iqtisadiyyat üzrə Nobel mükafatı almışdı). Yəni o deyir ki, iqtisadi agentlər rasionaldılar və oturub gözləmirlər. Onlar mövcud vəziyyəti dəyərləndirib, qərarlar verirlər. Bu tərəfdən maraqlıdır ki, “rasional diqqətsizlik” nəzəriyyəsi də mövcuddur. Bu nəzəriyyə deyir ki, iqtisadiyyatı inkişaf etmiş ölkələrdə insanlar iqtisadiyyat xəbərləri ilə maraqlanmırlar, çünki hər şey sabitdir. Böhran baş verəndə isə əksinə hamı dərhal maraqlanmağa başlayır. Yəni insanların məlumat əldə edilməsi problemli deyil, sadəcə insanlar özləri bu məlumatı əldə etməyə çalışmırlar. Böhran baş verən kimi isə bu məlumat lazım olur.

K.H
News365.az