Dünyanın gözü Bakıdadır

Paylaşın

Sınırları aramsız gərginlikdən tarıma çəkilmiş bəşəriyyətin hər hansı bir nöqtəsinə toxunan kimi onun titrəyişi bütün Yer kürəsinə yayılır. İnformasiya cəmiyyətinin xarakteri budur. Dünyanın gözü Bakıdadır.

Bunu news365.az-a açıqlamasında millət vəkili Etibar Əliyev bildirib.

Dünyanın bu günü və gələcəyi barədə Bakıda fikir mübadiləsi aparılır. Planetin bu günü və sabahı Dövlət başçılarını, siyasətçiləri, Nobel mükafatı laureatlarını, iqtisadçıları ciddi şəkildə, daha Qlobal düşündürməyə vadar edir. Buna görə də onların bir araya gəlməsi həddindən artıq vacib məsələdir.
Demoqrafiya, ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi, tibbin gələcəyi, gen mühəndisliyi, Sülh çağrışları, kibertəhlükəsizlik, Sünii intellekt, kvant hesablamaları, “ağıllı” materiallar, robototexnika, transhumanizm, yeni enerji resurları: bütün bunlar yaşadığımız əsrin əsas paradiqmalarıdır. Paradiqmaların sürətlə bir-birini əvəzləməsi yeni situasiyalar yaradır. Və mütləq şəkildə bu istiqamətlərdə fikir mübadiləsi aparılmalıdır.
Bakı Qlobal Forumu öz tutumu ilə də fərqlənir. Vaxtilə dünyanın gələcəyi barədə tədqiqatların aparılması üçün “Roma klubu” yaradılmışdı. Paradiqmalar dəyişdiyindən dünya səviyyəli bir Klubun yaradılmasına ehtiyac var. Düşünürəm ki, Forumdan irəli gələn əsas məsələlərdən biri bu olmalıdır. Azərbaycan Prezidenti İlham Əliyevin dünya çaplı mütərəqqi düşüncələri sayəsində Dövlət başçıları, tanınmış alimlər, intellektuallar, Nobel mükafatı laureatları, məşhur iqtisadçılar yenidən bir araya gəldilər. Dövlətimizin başçısı çıxışında qeyd etdi ki, Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğundur: “Mən Forumun proqramı ilə tanış oldum. O, hər zaman olduğu kimi kifayət qədər genişdir. Proqram Yaxın Şərqi, Afrikanı və Qərbi Balkanları əhatə edir. Bununla yanaşı, bu gün dünya gündəliyinin aktual məsələləri də müzakirələr mövzusu sırasındadır.”
Qlobal Bakı Forumu göstərdi ki, Azərbaycan Dünyada və bölgədə sülhün tərəfdarıdır və Dünyanın intellektuallarının Qlobal problemlərin həlli üçün səylərinin birləşdirilməsinə çalışır.

Qeyd edək ki, Bakıda “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusuna həsr olunan Qlobal Bakı Forumu başlayıb. Forumda 4 Prezident, 2 Baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq Baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edir.

 

K.H

News365.az