Cəlilabadda 2700 abonentin qazı KƏSİLDİ – SƏBƏB

Paylaşın

Cəlilabadda 2700 abonentin qaz təchizatı müvəqqəti dayandırılıb.

Cəlilabad şəhərinin  Ə.Cavad küçəsində yaşayan şəhid atası  Məmmədov Museibin adına olan evin qaz xəttini mənbəyə qoşmaq üçün, şəhərin Səttərxan-3, Cavadxan, Ə.Cavad küçələri və Sərhədabad, Əliabad, Fərzili, Suluçeşmə, Abdullu, Astanlı və Zopun kəndlərini ümumilikdə 2700 abonentin qaz təchizatı bu gün saat 09:30-dan işlər başa çatana qədər dayandırılıb. 
Qeyd olunan ərazilərdə yaşayan abonentlərin qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağı və təhlükəsizlik tədbirlərinə riayət etməyi xahiş olunur.