Zaxarova: “Moskva Laçın yolu ətrafında vəziyyəti həll etməyin yollarını axtarır” – VİDEO

Paylaşın

“Rusiya tərəfi Laçın yolu ətrafında vəziyyəti həll etmək üçün Azərbaycan və Ermənistanla müvafiq danışıqlar aparır”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirilən brifinqdə bildirib.

Zaxarovanın sözlərinə görə, Laçın yolu ətrafında vəziyyətin həlli yollarının axtarışı davam edir.

O bildirib ki, Azərbaycanın Qarabağ bölgəsində yerləşən Rusiya sülhməramlılarının komandanlığı, Rusiya Xarici İşlər Nazirliyi və hər iki tərəf arasında əlaqə saxlanılır.

Zaxarova qeyd edib ki, təfərrüatların ictimai müzakirəsi məsələnin həssaslığına görə məntiqli deyil.