Türkiyə tərəfinin Rusiya və Ukrayna arasında hazırdakı vasitəçilik missiyası mümkün görünmür.
Bunu news365.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.
“Birincisi Türkiyədə seçkilər yaxınlaşır. Təbii ki, apreldə Türkiyə prezidentinin keçirəcəyi görüşlər seçki kampaniyasına, reytinqinin qalxmasına hesablanıb.
İkinci növbədə apreldə müharibənin daha şiddətli mərhələsi başlanır. Ukraynanın əks-hücumlarına start verilir. Belə olan təqdirdə, Zelenski də Putinlə görüşməkdə maraqlıdır.”
“Tərəflər bir-birinə o qədər əks mövqedədirlər ki, bu mümkün görünmür. Müharibə Putinin şəxsi qərəz müharibəsinə çevrilir. Tərəflərin görüşməsi bu halda mümkün deyil, çünki ziddiyyət var ortada.”
Politoloq hesab edir ki, hər şey döyüş meydanında həllini tapacaq.”
K.H
News365.az