Bu gün Tərtərdə mina partlayışı olub.
DİN Mətbuat xidmətinin Bərdə regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, 1989-cu il təvəllüdlü Yaquar Hadıyev piyada əleyhinə minaya düşüb.
O, polis əməkdaşları tərəfindən rayon mərkəzi xəstəxanasına çatdırılıb. Sol ayağı amputasiya olunub. Hazırda Tərtər RPŞ-də araşdırma aparılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, martın 9-u Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində 1989-cu il təvəllüdlü Yaquar Hadiyevin minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə məlumat daxil olub: “Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb”.
Hazırda qeyd edilən faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma davam etdirili