” Sülhməramlılar hər erməni iş adamının apardığı yükə görə 1000 dollar pul alırdılar”

Paylaşın

” Adı sülhməramlı olan əslində isə yükdaşıma fəaliyyəti göstərən Rusiya hərbçiləri hər erməni iş adamının avtomobilində apardığı yükə görə 1000 ABŞ dolları məbləğində pul alırdılar. Seperatçıların Xocalıda sülhməramlılara etirazı da həmin məbləğin azaldılması tələbi ilə bağlıdır. Ermənilər təxribatlara hazırlaşırlar. Avropa İttifaqı bizimlə qonşuluq münasibətlərində səmimiyyət göstərməyə çalışır. Təəssüflər olsun ki, bizim şimal qonşumuz Rusiya və uğursuz qonşumuz Ermənistan sülh münasibətlərinin qurulmasında maraqlı deyillər”.

News365.az xəbər verir ki, bu sözləri hərbi ekspert Üzeyir Cəfərov səsləndirib. Ekspert bildirir ki, Xocalıda ermənilərin rus sülhməramlılarına qarşı etirazı 102-ci bazanın çıxarılması ilə bağlı deyil.  Seperatçılar sülhməramlıların qanunsuz yükləri daşımaq üçün aldıqları məbləği azaltmağı tələb edirlər.

News365.az