“Qəbul imtahanını bir sınaq imtahanı kimi qəbul edin”

Paylaşın

” Qəbul imtahanını bir sınaq imtahanı kimi qəbul edin. İmtahana bir gün qalmış dəftər- kitabdan istifadə etməyin. İmtahandan öncəki günü təmiz havada gəzməklə və ya əyləncəli şəkildə keçirmək məqsədəuyğundur. Valideynlər də övladının bacarığını dərk etməlidir. “Hər kəs ali təhsil almalıdır”, -deyə şərt yoxdur. Valideynlər bu sahədə potensialı olmayan övladlarını başqa peşəyə yönəltməlidir. Övladını başqası ilə müqayisə edəndə övlad valideyn tərəfindən diqqətdən qalmış olur. Valideynlər övladları ilə dost kimi olmalıdırlar “.
News365.az xəbər verir ki, bu sözləri təhsil eksperti Vəli Vəlizadə abutriyentlərin imtahan stressini azaltmaları yolları barədə danışarkən deyib. Ekspert bildirir ki, imtahandan əvvəlki gün tamamilə oxumağı dayandırmaq, istirahət etmək lazımdır.

News365.az