Prezident kim olacaq?

Paylaşın

” Türkiyədə baş verən zəlzələdən sonra siyasi atmosferdə dəyişiklik baş verdi. Artıq iki gündür, Türkiyədə 6- lı masada vahid namizədlik elan olunduqdan sonra siyasi proseslər çox qızğın şəkildə müzakirə olunmağa başlayıb. Bir tərəfdə cümhuriyyəti nümayəndəsi Ərdoğan, digər tərəfdə isə müxalifət nümayəndəsi Kılıçdaroğludur. Kamal Kılıçdaroğlu seçilmədən öncə vitse- prezident də təyin edib. Bu da ictimaiyyət arasında sorğu- sual yaradır ki,  təyinata nə ehtiyac var idi. İctimaiyyət namizədlərdən hansı problemləri yoluna qoyacaqlarını öyrənmək istəyir. Namizədlərdən hansı tutarlı dəlil, hansısa problemlə bağlı konsepsual yanaşma ortaya qoysa, ictimaiyyət o şəxsin seçilməsində maraqlı olacaq. Hələ ki namizədlər konsepsiya ortaya qoymayıblar. Bu məsələdə yəqin ki, işlər gedir. İqtidar nümayəndəsi xarici və daxili siyasətdə xalq üçün etdiklərini qeyd edir. Lakin hələ ki, təbliğatın qurulması normal şəkildə aparıla bilmir”.

Bu sözləri news365.az saytına açıqlamasında politoloq Samir Hümbətov bildirib. Politoloq qeyd edir ki, prezidentliyə namizədlərndən hansı konsepsiya ortaya qoysa, ictimaiyyət o şəxsi dəstəkləyəcək.

Ləman Şərifova

News365.az