Prezident İlham Əliyev molla rejiminə cavab verdi.
“Nizami Gəncəvi Azərbaycanın qədim şəhərlərindən biri olan doğma Gəncə şəhərində anadan olub, yaşayıb, dünyasını dəyişib və dəfn edilib. Onun müdrikliyi və istedadı isə Azərbaycan xalqının müdrikliyini və istedadını simvolizə edir”, – deyə Azərbaycan Prezidenti İlham Əliyev X Qlobal Bakı Forumunun açılış mərasimində bildirib.
Xatırladaq ki, bir müddət əvvəl Tehranda keçirilən “Nizami Gəncəvi həftəsi”nin açılış mərasimində İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Gəncənin “İran şəhəri”, Nizaminin isə “İranli fars şairi” olduğunu bildirmişdi. “İranlı fars şairi bilir.”
Sayman Aruz