“İmtahan ərəfəsində və imtahandan sonra depressiv və ağır panik atak pasiyentlərin sayı çoxalır”

Paylaşın

” İmtahan ərəfəsində və imtahandan sonra depressiv və ağır panik atak pasiyentlərin sayı çoxalır. Artıq nəticələrin aşağı olduğu bəlli olanda ailə diqqətli olmalıdır. Motivasiya dolu cümlələr işlətməli, övladını rahatlatmalıdır. Növbəti mərhələlər üçün onun iddialarını artırmalıdır. Valideynlərdə belə bir fikir var ki, mən övladım üçün hər şey edirəm, o da əvəzində yüksək nəticə əldə etməlidir. Lakin belə bir dünya yoxdur. Hansısa uşağın aşağı bal toplaması onun məsuliyyətsizliyi, ailəsini sevməməsi, sevindirmək istəməməsi demək deyil”.

News365.az xəbər verir ki, bu fikirləri klinik psixoloq Aidə Sübhan səsləndirib. Psixoloq bildirir ki, valideynlər əvvəlcə övladlarını peşəyönümlü testdən keçirməlidirlər. Daha sonra övladın bu istiqamətdə təhsili üçün vaxt və maddiyyat sərf etməyə qərar verməlidirlər.

News365.az