” Ermənistanın silahlandığını bilirdik. Rusiya Ukrayna ilə müharibə şəraitində olduğundan Ermənistanı silahla təmin edə bilmir. Buna görə də Ermənistan başqa bazar axtarır. Vətən müharibəsindən əvvəl də Ermənistanın Hindistandan silah almasına dair məlumatlar var idi. Haubitsalar dedikdə mən düşünmürəm ki, onlar hansısa müasirlikləri ilə seçilirlər. Onlar da Rusiya sistemləri kimi hardasa 15-20 km uzaqlığında atış qabiliyyətinə malikdirlər”.
News365.az xəbər verir ki, bu sözləri hərbi ekspert Şair Ramaldanov Ermənistanın Hindistandan silah alması barədə danışarkən deyib. Ekspert bildirir ki, Ermənistan silahları özü almır, onların havadarları Ermənistanı silahlarla təmin edirlər:
” Ermənistan indiyə qədər silahları məhz bizə qarşı istifadə edib. Ermənistanın o silahları almağa imkanı çatmır. Onlara silah almaqda havadarları kömək edirlər”.
Qeyd edək ki, Hindistan mətbuatının məlumatına görə, Ermənistan MArG haubitsalarını sifariş edib. İrəvan 70-dən 100-ə qədər haubitsa almağı düşünür. Erməni tərəfi hələlik məlumatı şərh etməyib.
News365.az