Bu gün Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və Ümidlər” mövzusunda X Qlobal Bakı Forumunda Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Rişi Sunakın məktubu oxunub.
Məktubda Azərbaycanın yaşıl enerji təşəbbüsünə, enerjinin Qara dənizin dibi ilə ötürülməsi məsələsinə xüsusi yer ayrılıb.
O, bu məsələlərin çox vacib olduğunu bildirib.
Rişi Sunak hesab edir ki, bundan sonra da Böyük Britaniya enerji keçidində Azərbaycanın əsas tərəfdaşı olacaq.