Xalq artisti Brilliant Dadaşova yeni klipini təqdim edib.
Sənətçi söz və musiqisi Murad Zeynalabdinə məxsus “Nə əcəb” mahnısını ekranlaşdırıb.
Dadaşovanın klipi İsraildə lentə alınıb. Estrada ulduzunun imici üzərində isə peşəkar stilist və vizajist Elnur Həsənov çalışıb.
Qeyd edək ki, Brilliant Dadaşova ötən ilin sonunda Zəfər Günündə İsraildə canlı solo konsert proqramı ilə çıxış edib.