“Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yaradılması olduqca əhəmiyyətli təşəbbüsdür və onun dünya səviyyəsində nüfuzu artıb”.
Bu fikirləri BMT-nin İnsanın İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu üzrə Birgə Proqramının (UNAIDS) icraçı direktoru Vinni Byanyima Prezident İlham Əliyev ilə görüşündə bildirib.
Qonaq qeyd edib ki, Azərbaycan səhiyyə sahəsində, o cümlədən yoluxucu xəstəliklər və QİÇS-ə qarşı mübarizədə uğurlar qazanıb, bu xüsusda davamlı inkişaf məqsədlərinin həyata keçirilməsində ciddi nailiyyətlər əldə olunub.
O, rəhbərlik etdiyi təşkilatın Afrika qitəsində və digər ölkələrdə həyata keçiriləcək layihələrinə Azərbaycanın dəstək göstərməsini xahiş edib.