Apteklərdə iynə vurdurmaq qadağandır

Paylaşın

” Vətəndaşlara bildiririk ki, səhhətlərində yaranan problemlərlə bağlı apteklərə deyil, təcili tibbi yardıma və ya yaxınlıqdakı tibb müəssisələrinə yaxınlaşmalıdırlar. Apteklərdə iynə vurulması, sistem qoşulması halları yolverilməzdir. Bu hallara yol verən şəxs İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə məsuliyyət daşıyır. Əczaçılar tibbi biliyə malik olmaya bilərlər. Bu onlardan tələb olunmur. Aptekdə yalnız temperaturun, arterial təzyiqin, boy və çəkinin, qanda şəkər miqdarının ölçülməsi kimi sadə prosedurlar həyata keçirilə bilər”.

News365.az xəbər verir ki, Analitik Ekspertiza Mərkəzinin müfəttişi Elvin Nağıyev apteklərdə iynə vurulmasının qeyri-qanuni olduğunu bildirib. Müfəttiş qeyd edir, ancaq həyati riski olan çox təcili pasiyentlərə apteklərdə ilkin tibbi yardım göstərilə bilər. Qalan hallarda bu qanunla qadağandır.

News365.az