“Bu forum olduqca əhəmiyyətlidir. Əgər əhəmiyyətli olmasaydı artıq uzun illər müddətində Bakı forumu keçirilməzdi”
Bunu news365.az-a açıqlamasında politoloq Zaur Məmmədov bildirib.
“Dünya siyasətində rəsmi tədbirlərdən başqa həm də insanlar arasında münasibətlər olduqca vacibdir. Ayrı-ayrılıqda siyasi xadimlərin, beyin mərkəzlərinin öz cəmiyyətlərinə təsiri olduqca vacibdir. Ona görə də bu forumun aktuallığı daha da artır ki, burada iştirak edən xadimlər öz cəmiyyətləri daxilində, siyasi proseslər daxilində Azərbaycanın haqq səsini müdafiə edirlər.” Deyə politoloq əlavə edib.
K.H
News365.az