“Vaxt keçdikcə ermənilər udurlar, biz isə uduzuruq”

Paylaşın

” Qarabağ əməliyyatı tezləşdirmək lazımdır. Təbii ki, qarşı tərəfdən də reaksiya olacaq, atəşlər açılacaq. Vaxt keçdikcə ermənilər udurlar, biz isə uduzuruq. Ermənilər Qarabağ problemini beynəlxalqlaşdırmağa çalışırlar. Qarabağa beynəlxalq sülh qüvvələrini cəlb etmək üçün provokasiyalar edəcəklər. 5 martda olan provokasiya bəs edir ki, antiterror əməliyyatı keçirməyə əlimizə əsas götürək”.

News365.az xəbər verir ki, bu sözləri hərbi ekspert Telman Qasımov deyib. Hərbi ekspert ermənilərin vaxt keçdikcə təxribatları daha da artıracaqlar. Azərbaycanı isə beynəlxalq ictimaiyyətə terrorçu kimi təqdim edəcəklər:

“Erməni mənbələrinin məmulatlarına görə,  maşındakı ermənilər postlara gedirmiş. Görüntülərdə maşınlarda Ermənistandan Qarabağa silah- sursat daşındığı görünür. Qarabağdakı yüksəkliklərdə ermənilər postlar qurublar. İnsidentin baş verdiyi maşının şüşələrinə baxanda bilinir ki, atəş içəridən açılıb. Azərbaycan qüvvələrinin tabe olmaq əmrinə ermənilər atəşlə cavab veriblər. Təxribatçılar vaxt keçdikcə miqyası genişləndirəcəklər. Daha sonra beynəlxalq ictimaiyyətə Azərbaycanın onlara qarşı terror fəaliyyəti həyata keçirdiyini deyəcəklər”.

News365.az