Üçtərəfli bəyanatın müddəaları, tələbləri yerinə yetirilmir. Burada ən böyük günah Ermənistandadır.
Bunu news365.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib.
“Növbəti günah Rusiyanın sülhməramlı kontingentindədir ki, onlar da proseslərə barmaqarası yanaşırlar. Mənə elə gəlir ki, Azərbaycan dövləti artıq nəzarət-buraxılış postlarının qurulmasını gündəmə gətirməlidir. Bu yeganə çıxış yoludur ki, biz bölgədə bütün prosesləri nəzarətdə saxlayaq.
K.H
News365.az