” Paşinyan ictimaiyyətdə belə bir fikir yaratmaq istəyir ki, Qarabağda baş verən məsələlərdə Ermənistanın təsir imkanları və əlaqəsi yoxdur. Bu açıq – aydın yalandır. Bunun sübutu odur ki, maşınlarla Qarabağa daşınan silahlar Ermənistandan gətirilir. Ermənistandan gələn silah- sursat Ermənistanın siyasi rəhbərliyinin icazəsi olmasa, gələ bilər?! Xeyr. Ermənistanda Müdafiə Nazirliyinə tabe olan bütün silah- sursat anbarları, qüvvələri birbaşa Paşinyanın nəzarətindədir”.
News365.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Murad Sadəddinov Paşinyanın Qarabağdakı qeyri- qanuni fəalliyyətin onunla bağlı olmadığını açıqlamasına münasibət bildirərkən deyib. Siyasi şərhçi bildirir ki, Ermənistanda Müdafiə Nazirliyinə tabe olan bütün silah- sursat anbarları, qüvvələri birbaşa Paşinyanın nəzarətindədir.
News365.az