Sabirabadın Çöl Beşdəli kəndi niyə örüş yeri tapa bilmir?

Paylaşın

” Əgər kəndin örüş sahəsi olarsa heyvandarlığa maraq da artar.  Ailənin dolanşığı saxladığımız mal – qaradan əldə edərək satdığımız  süd – qatığın puludur”.

News365.az xəbər verir ki, bu sözləri Çöl Beşdəli kənd sakini Aydın İbayev deyib.

Çöl Beşdəli kəndi rayon mərkəzindən 40 km. məsafədə yerləşir. Kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır.  Kəndlinin əsas problemlərdən biri də mal – qaranı otarmaq üçün örüş torpaqlarının olmamasıdır.  Mal – qarasını tövlə şəraitində saxlayan kəndli bunun onlar üçün baha başa gəldiyini söyləyir. Buna səbəb isə ot bağlamasının və digər yemlərin baha qiymətə olmasıdır.

Sakinlərin sözlərinə görə kəndin örüş torpağı olmadığından məcbur qalıb mal – qaranı yol kənarında otarmalı olurlar. Bu da çox zaman istər sürücülər, istərsə də sakinlər üçün xoşagəlməz halla nəticələnir.
Kənd sakini Şahlar Azayev də örüş torpağının olmamasından şikayətlənir:

“Vəziyyət elə gətirib ki, saxladığım mal – qaranı satmaq məcburiyyətində qalmışam”.

News365.az