Rusiya təhrik edir ki, Azərbaycan hərbi əməliyyatlara başlasın

Paylaşın

Rus sülhməramlılarının mandatı yoxdur. Rusların əsas istəklərindən biri budur ki, tərəflərə mandatını qəbul etdirsin”

Bunu news365.az-a açıqlamasında siyasi şərhçi Elxan Şükürlü bildirib.

“Ruslar hesab edir ki, Türkiyə seçkilərində müxalifət qələbə çalsa yeni geopolitik situasiya yaranacaq. Türkiyədə hakimiyyət dəyişərsə bu Qərbin istəyinə nail olması deməkdir. Paşinyan buna görə prosesi uzadır ki, seçkilər olsun və ona görə addım atsın. Bu baxımdan Rusiya o situasiyanı yaratmağa çalışır ki, onlar qəbul etsinlər ki, Rusiyasız olmaz. Son hadisələrlə Rusiya təhrik edir ki, Azərbaycan hərbi əməliyyatlara başlasın. Bu dəfə Azərbaycan antiterror əməliyyatına başlasa, Rusiya buna göz yumacaq” deyə politoloq vurğulayıb.

K.H
News365.az