” Ermənilərin Xankəndi və onun ətrafında təxribatlara hazırlaşmaları tamamilə realdır. Silah toplayırlar, könüllü dəstələri yenidən formalaşdırırlar. Bunlar seperatçı rejimin müdafiə qüvvələrinin yenidən dirçəldilməsidir. İndiyə qədər onların bir hissəsini polis forması altında gizlədirdilər. Guya bunlar ” Artsax polisidir”. Ermənilərin Qarabağda təxribatlara hazırlaşması Rusiyanın qanadı altında baş verən proseslərdir. Rusiya qanadını çəksə, onların biri də orda qalmayacaq”.
News365.az xəbər verir ki, bu sözləri politoloq Aydın Quliyev bildirib. Politoloq ermənilərin təxribatlar törətməkdə Rusiyadan cəsarətləndiyini qeyd edib.
News365.az