” Azərbaycan Qarabağ erməniləri ilə təmasların yaradılmasında maraqlıdır. Gələcəkdə Qarabağ erməniləri ilə münasibət qurmaq istəyiriksə, onları ayırmalıyıq. Onların bir hissəsi silahlılardır. Onlar tam mənada tərk- silah edilməlidirlər. Digər hissəsi isə Azərbaycanda yaşamaq istəyirlərsə, onlar başqa kateqoriyaya aid edilməlidir. Rusiya sülhməramlılarına isə ciddi mesajlar verilməlidir”.
News365.az xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Gülşən Paşayeva səsləndirib. Gülşən Paşayeva Qarabağdakı qeyri-qanuni silahlı birləşmələrin tərk-silah edilməli olduğunu vurğulayıb.
News365.az