ABŞ-ın Florida ştatında iki yüngül mühərrikli təyyarə səmada toqquşub.
Bu barədə “ABC” telekanalı məlumat yayıb.
Bildirilib ki, təyyarələrdə olan 4 nəfərin hamısı həlak olub.
Belə ki, qəza gölün üzərində baş verib, təyyarələrin qalıqları suya düşüb. Ölənlərin cəsədləri sudan çıxarılıb, onlardan 3-nün şəxsiyyəti müəyyən edilib.
Qəzanın səbəbləri araşdırılır.
İqbal Rzayev,